Premyer Liqa: “Sumqayıt” “Qəbələ”yə, “Neftçi” “Sabah”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 11-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. Bir neçə gün öncə bu arenada “Sabah”a qalib gəlmiş “kimyaçılar” uğursuz çıxış edən “Qəbələ”yə də eyni aqibəti yaşatmağa çalışacaq. Əyalət təmsilçisi isə uğursuz gedişata Sumqayıtda son qoymaq arzusundadır. Bu komandalar arasında indiyə qədər keçirilmiş 44 oyunda “Qəbələ”nin üstünlüyü var. Bu komanda 25, “Sumqayıt” isə cəmi 6 dəfə qələbə qazanıb, 13 heç-heçə qeydə alınıb. Son 4 görüşdə hər iki komanda qol sevinci yaşayıb. “Qəbələ” son 8 qarşılaşmada qol vurub.

Günün digər oyununda ötən mövsümün bürünc və gümüş mükafatçıları – “Neftçi” ilə “Sabah” üz-üzə gələcək. Tərəflər arasında bu günə kimi baş tutmuş 20 oyunda “ağ-qaralar” 13, “bayquşlar” 4 qələbə qazanıblar, 3 heç-heçə qeydə alınıb. Amma “Sabah” son 5 matçda bu rəqibinə yalnız bir dəfə uduzub. “Neftçi”nin evdəki bütün oyunlarda qol vurduğunu da qeyd edək.

Premyer Liqa
11-ci tur
28 oktyabr

“Zirə” – “Səbail” 2:2
Qollar: İssa Cibrilla, 19. Rüstəm Əhmədzadə, 78 – Pedro Nuno, 31; 34.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İK stadionu, 16:00.

“Turan Tovuz” – “Kəpəz” 4:0
Qollar: Otto Con, 45. Roderik Miller, 54. Sertan Taşkın, 58. Luis Paçu, 67.
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Tovuz şəhər stadionu, 19:00.

29 oktyabr

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena”, 16:00.

“Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 18:30.

30 oktyabr

“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: