Premyer Liqa: “Sumqayıt” “Səbail”ə səfərdə 4 qol vurdu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu günə nəzərdə tutulmuş iki oyundan biri artıq başa çatıb.

Əvvəlcə “Səbail” öz meydanında “Sumqayıt”ı sınağa çəkib. Beş qolun qeydə alındığı bu oyunda qonaqlar darmadağına seviniblər. “Dənizçilər”in gücü yalnız təsəlli qoluna çatıb.

Qeyd edək ki, ikinci oyun gününün sonuncu qarşılaşması ötən mövsümün qalibi “Qarabağ”la “Zirə” arasında baş tutacaq.

Dünən keçirilən mövsümün açılış oyununda “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib. Tura sabah baş tutacaq “Kəpəz” – “Neftçi” (17:00) və “Sabah” – “Qəbələ” (20:00) görüşləri ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust

“Səbail” – “Sumqayıt” 1:4
Qollar: David Qomis, 62 – Rövlan Muradov, 27. Erik Sorqa, 67-pen. Kamran Quliyev, 70. Səbuhi Abdullazadə, 76.
Baş hakim: Elçin Məsiyev.
Bakı. “ASCO Arena”.

Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 4. Adi Mehremiç.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 10. Kamran Əliyev, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: