Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 30-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, sonuncu oyun günündə keçirilməsi nəzərdə tutulan iki qarşılaşmadan biri artıq başa çatıb.
Günün ilk matçında “Şamaxı” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.
Xatırladaq ki, daha öncə “Zirə” “Səbail”lə (3:1), “Kəpəz” isə “Turan Tovuz”la (1:0) ev oyunundan qalib ayrılıb. “Neftçi” isə “Qəbələ”yə 1:2 hesabıyla uduzub. Turun son matçında lider “Qarabağ” əsas izləyicisi “Sabah”ın qonağı olacaq.
Azərbaycan Premyer Liqası
30-cu tur
16 aprel
“Şamaxı” – “Sumqayıt” 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Şamaxı şəhər stadionu, 16:00.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 9. Amil Yunanov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli
Sumqayıt: 25. İlnur Vəliyev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.


