Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında isə “Turan Tovuz” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib.
Tovuz şəhər stadionunda keçirilmiş oyunu Əliyar Ağayev idarə edib. Bu komandalar bu oyuna qədər milli çempionat çərçivəsində 10 oyunda qarşılaşmışdılar. Bu görüşlərdə hərəyə 3 qələbə qazanmış “Turan Tovuz”la “Sumqayıt” 4 oyunda da heç-heçəyə razılaşmışdılar. “Turan Tovuz” son 3 qarşılaşmada bu rəqibinə qol vurmuşdu. “Sumqayıt” bütün səfər görüşlərində qol buraxmışdı.
Tovuz təmsilçisi son iki turda qələbə qazana bilmədiyi üçün bu oyunda azarkeşlərinin də dəstəyi ilə həsrətə son qoymaq istəyirdi. Ötən tur “Kəpəz”i 3 cavabsız qolla məğlub etmiş sumqayıtlılar isə bu uğurun davamını gətirmək arzusundaydılar.
Bu oyunda hesabı Tovuz klubu açıb. Amma sonradan iki qol vurmağa nail olan “Sumqayıt” səfərdən əzmkar qələbə ilə qayıdıb.
Premyer Liqa
27-ci tur
16 mart
“Turan Tovuz” – “Sumqayıt” 1:2
Qollar: Ayxan Hüseynov, 8 – Ayxan Süleymanlı, 17. Bobur Abduholikov, 68.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 18:30.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 32. Hayderson Hurtado, 6. Araş Qaderi, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.
Sumqayıt: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.


