Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış bir oyun keçirilib. Arena.az xəbər verir ki, “Vest Hem” doğma meydanda “Norviç Siti” ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
Bu gün 18-ci turdan təxirə salınmış daha bir oyun – “Eveton” – “Lester Siti” görüşü də baş tutmalı idi. Lakin “Lester Siti”nin heyətində koronavirusa yoluxmuş futbolçuların sayı çox olduğu üçün, bu matç ikinci dəfə qeyri-müəyyən vaxta təxirə salınıb.
İngiltərə Premyer Liqası
18-ci turun oyunu
12 yanvar
Vest Hem – Norviç Siti 2:0
Qol: Bouen, 42; 83.


