Premyer Liqa: “Tottenhem” evdə uduzdu, “Çelsi” xal itirdi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 18-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Tottenhem” doğma meydanda “Aston Villa”ya 2 cavabsız qolla məğlub olub. Səfərdə “Nottingem Forest”lə qarşılaşan “Çelsi” isə xal itkisi ilə üzləşib.

Hazırda Premyer Liqada 43 xala malik “Arsenal” vahid liderdir. İkinci olan “Mançester Siti”nin 36, üçüncü pillədəki “Nyukasl”ın 34 xalı var. “Mançester Yunayted” 32, “Tottenhem” 30, “Liverpul” 28, “Fulhem”lə “Çelsi” 25 xal toplayıb.

İngiltərə Premyer Liqası
18-ci tur
30 dekabr

Vest Hem – Brentford 0:2
Qol: Toni, 18. Dasilva, 43.

Liverpul – Lester Siti 2:1
Qol: Faes, 38-öz qapısına; 45-öz qapısına – Dyusberi-Holl, 4.

31 dekabr

Vulverhempton – Mançester Yunayted 0:1
Qol: Reşford, 76.

Bornmut – Kristal Pelas 0:2
Qol: Ayyu, 19. Eze, 36.

Fulhem – Sauthempton 2:1
Qol: Uord-Prouz, 32-öz qapısına. Palinya, 88 – Uord-Prouz, 56.

Mançester Siti – Everton 1:1
Qol: Haland, 24 – Qrey, 64.

Nyukasl – Lids 0:0

Brayton – Arsenal 2:4
Qol: Mitoma, 65. Ferquson, 77 – Saka, 2. Edeqor, 39. Nketia, 47. Martinelli, 71.

1 yanvar

Tottenhem – Aston Villa 0:2
Qol: Buendiya, 50. L.Duqlas, 73.

Nottingem Forest – Çelsi 1:1
Qol: Orye, 63 – Sterlinq, 16.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: