Premyer Liqa: Üç oyunda 21 qol vuruldu!

Bu gün futbol üzrə İngitərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 35-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Üç oyunda qapılara ümumilikdə 21 qolun vurulması diqqət çəkib. Belə ki, 8 qolluq “Fulhem” – “Lester Siti” matçında meydan sahibləri qalib gəliblər. 6 qolun vurulduğu “Brayton” – “Everton” görüşündə qonaqlar darmadağına seviniblər. 7 qolluq “Nottingem Forest” – “Sauthempton” matçı isə meydan sahiblərinin xeyrinə başa çatıb.

Beləliklə, hazırda bir oyun az keçirmiş “Mançester Siti” 82 xalla zirvədə qərarlaşıbsa, “Arsenal” 81 xalla ikinci pillədədir. “Nyukasl” 65 xalla 3-cü pillədə qalıb. “Mançester Yunayted” 63 xalla 4-cü, “Liverpul” 62 xalla 5-ci, “Tottenhem” 57 xalla 6-cı, “Brayton” 55 xalla 7-ci, “Aston Villa” 54 xalla 8-ci, “Brentford” 50 xalla 9-cu, “Fulhem” isə 48 xalla 10-cu pillədə qərarlaşıb.

“Çelsi”nin 42, “Kristal Pelas”la “Vulverhempton”un 40, “Bornmut”un 39, “Vest Hem”in 37, “Nottingem Forest”in 33 xalı var.

İngiltərə, Premyer Liqa
35-ci tur
6 may

Bornmut – Çelsi 1:3
Qol: Vina, 21 – Qallaxer, 9. Badiaşile, 82. J.Feliks, 86.

Mançester Siti – Lids 2:1
Qol: İ.Gündoğan, 19; 27 – Rodriqo, 85.

Tottenhem – Kristal Pelas 1:0
Qol: H.Keyn, 45+1.

Vulverhempton – Aston Villa 1:0
Qol: Toti, 9.

Liverpul – Brentford 1:0
Qol: Salah, 13.

7 may

Nyukasl – Arsenal 0:2
Qol: Edeqor, 14. Şer, 71-öz qapısına.

Vest Hem – Mançester Yunayted 1:0
Qol: Benrahma, 27.

8 may

Fulhem – Lester Siti 5:3
Qol: Villian, 10; 70. K.Vinisius, 18. Kerni, 44; 51.

Brayton – Everton 1:5
Qol: Makallister, 79 – Dukure, 1; 29. Stil, 35-öz qapısına. Maknil, 76; 90+6.

Nottingem Forest – Sauthempton 4:3
Qol: Avoniyi, 18; 21. Gibbs-Uayt, 44. Danilo, 73 – K.Alkaras, 25. Lyanko, 51. Uord-Prauz, 90+6-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: