Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Uotford” səfərdə “Brentford”un qonağı olub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
“Mançester Siti” bu turda “Vulverhempton”u, “Çelsi” isə “Lids”i qəbul edəcək. Lider “Liverpul”un rəqibi isə Stiven Cerrardın çalışdırdığı “Aston Villa” olacaq.
Bu tur keçirilməli olan “Brayton” – “Tottenhem” matçı qonaq komandanın heyətində koronavirusa yoluxma hallarını artması səbəbindən təxirə salınıb.
Tura “Kristal Pelas” – “Everton” matçıyla yekun vurulacaq.
İngiltərə Premyer Liqası
16-cı tur
10 dekabr
Brentford – Uotford 2:1
Qol: Yansson, 84. Mbeumo, 90+5-pen – Dennis, 24.
11 dekabr
16:30. Mançester Siti – Vulverhempton
19:00. Arsenal – Sauthempton
19:00. Liverpul – Aston Villa
19:00. Çelsi – Lids
21:30. Norviç Siti – Mançester Yunayted
12 dekabr
18:00. Bernli – Vest Hem
18:00. Lester Siti – Nyukasl
20:30. Kristal Pelas – Everton


