Premyer Liqa VAR-dan istifadəni dayandıra bilər

İngiltərə çempionatında (Premyer Liqa) çıxış edən klublar gələn mövsümdən etibarən VAR-ın ləğv edilib-edilməməsinə səs verəcəklər.

Arena.az bu barədə “The Athletic” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, səsvermənin təşəbbüskarı “Vulverhempton”dur. Müvafiq məsələ ilə bağlı səsvermə iyunun 6-da baş tutacaq. Vurğulanır ki, liqanın 20 klubundan ən azı 14-ü VAR sistemindən istifadənin ləğvi üçün səs verməlidir ki, müvafiq sistemin Premyer Liqadan “kökü kəsilsin”.

Əvvəllər oxşar səsvermə İsveçdə də keçirilib – ölkə klubları futbol oyunlarında VAR sistemini tətbiq etməkdən imtina ediblər. UEFA nizamnaməsinə görə, ölkələr öz daxili yarışlarını VAR-la və ya VAR-sız keçirməyə özləri qərar verirlər.

Vurğulayaq cari mövsümdə baş hakimlə VAR-ın əlbir işinin səriştəsizliyi ucbatından Premyer Liqanın bir neçə oyununun nəticəsinə aşkar təsir etmiş hallar yaşanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: