Premyer Liqada 22-ci turun daha iki oyununun hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, lider “Qarabağ”ın “Sumqayıt”la matçını Rauf Cabbarov idarə edəcək. “Zirə” ilə “Keşlə”nin oyunu isə Rəşad Əhmədova tapşırılıb.

Azərbaycan Premyer Liqası
22-ci tur
11 aprel

“Zirə” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Azersun Arena”, 19:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: