Premyer Liqada daha bir oyun təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilməli olan “Bernli” – “Uotford” oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, buna “Uotford”un heyətində koronavirusa kütləvi yoluxmanın qeydə alınması səbəb göstərilib.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə qonaq komandanın meydana çıxmaq üçün yetərli futbolçuya malik olmadığı diqqətə çatdırılıb.

Qarşılaşmanın yeni tarixi barədə hələlik açıqlama verilməyib. Matçın təxirə salınmasına görə azarkeşlərdən üzr istənilib.

Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan “Bernli” – “Uotford” oyununa Bakı vaxtı ilə saat 23:30-da start verilməli idi.

Daha öncə 17-ci turun “Brentford” – “Mançester Yunayted” matçı da qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma olduğu üçün təxirə salınmışdı. Ötən tur isə “Brayton” – “Tottenhem” matçı London təmsilçisinin heyətində koronavirusa yoluxma hallarını artması səbəbindən təxirə salınmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: