Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulacaq.
Arena.az xəbər verir ki, çempionatın sonuncu matçı – “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşündən ardından mükafatlandırma mərasimi təşkil olunacaq.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Mərasimdə gümüş və bürünc mükafatçılara medallar, çempion komandaya isə medallar və kubok təqdim olunacaq.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçına saat 20:30-da start veriləcək. “Qarabağ” hazırda 57 xalla liderdir, “Neftçi” isə 56 xalla 2-ci sırada qərarlaşıb. Ağdam klubuna çempionluq üçün heç-heçə də bəs edir. Paytaxt təmsilçisi isə qızıl medalları qazanmaq üçün “Qarabağ”a mütləq qalib gəlməlidir. Bürünc medallara isə 38 xalla üçüncü pillədə qərarlaşmış “Zirə”, eləcə də 36 xalla dördüncü olan “Sumqayıt” iddialıdır.


