PSJ klubu əsas komandanın baş məşqçisi Kristof Qaltye ilə müqaviləsinə xitam verib. Arena.az bu barədə “Le Parisien”ə istinadən xəbər verir.
Məlumata görə, tərəflər müqaviləyə xitam verilməsi barədə qarşılıqlı razılığa gəliblər. Rəsmi olaraq Qaltyenin istefasının Luis Enrikenin təyinatından sonra elan ediləcəyi ehtimal olunur.
Luis Enrikenin PSJ ilə müqavilə imzalamaq üçün çərşənbə axşamı Parisə uçduğu deyilir. İspan mütəxəssisin PSJ-nin baş məşqçisi kimi ilk mətbuat konfransı çərşənbə gününə nəzərdə tutulub.
Jurnalist Andres Onrubianın məlumatına görə, Luis Enrike PSJ ilə iki mövsümlük müqavilə imzalayacaq. Müqavilənin uzadılma bəndini ehtiva etməsi haqda məlumat verilmir.


