Liqa 1-in 24-cü turu çərçivəsində “Monko”ya qarşı səfər oyunu (0:0) Fransa nəhəngi PSJ üçün əlamətdar olub.
Arena.az Liqa 1-in rəsmi “X” sosial şəbəkə hesabına istinadən məlumat verir ki, sözügedən komanda Fransa Liqa 1-də səfərdə keçirdiyi 19-cu oyunda məğlub olmayaraq, bu göstəricidə klubun rekordunu müəyyənləşdirib.
Bu məğlubiyyətsizlik silsiləsi ötən mövsümün 25-ci turunda PSJ-nin “Marsel “Olimpik”ini 3:0 hesabı ilə məğlub etdiyi səfər oyunu ilə başlayıb.
Hazırda PSJ Liqa 1-in vahid lideridir. Fransa nəhəngi 24 oyundan 55 xalla 1-ci pillədə qərarlaşıb. Parislilər ən yaxın rəqibi “Brest”i 9 xal qabaqlayırlar.


