PSJ-nin iştirak ərizəsi açıqlandı: Neymarsız, Mbappesiz, Verrattisiz

Fransa çempionu PSJ Liqa 1-in 2023/2024 mövsümünün ilk turunda qarşılaşacağı “Loryan”la oyun üçün iştirak ərzəsini təqdim edib.

Arena.az bu barədə Paris klubunun rəsmi saytına istinadən məlumat verir.

Komandanın üç aparıcı oyunçusu “Loryan”la bu gün “Park de Prens”də keçiriləcək 1-ci turun oyununa sifariş edilməyib. Braziliyalı hücumçu Neymar, fransalı hücumçu Kilian Mbappe və italyan mərkəz yarımmüdafiəçisi Marko Verratti iştirak ərizəsinə salınmayıblar.

PSJ-nin təqdim etdiyi tam iştirak ərizəsini diqqətinizə çatdırırıq:

Keylor Navas, Əşrəf Hakimi, Manuel Uqarte, Markinyos, Fabian Ruiz, Qonsalo Ramos, Marko Asensio, Danilo Pereyra, Vitinya, Li Kan İn, Lukas Hernandes, Şer Ndur, Karlos Soler, Leven Kyurzava, Varren Zair-Emeryi, İsmael Qarbi, Milan Şkrinyar, Uqo Ekitike, Arnau Tenas, Canluici Donnarumma.

Xatırladaq ki, PSJ Fransanın cari çempionudur. Geridə qalmış 2022/2023 mövsümündə bu komanda 38 oyundan 85 xal toplayaraq, titula sahib olub.

Xatırladaq ki, iştirak ərizəsinə salınmayan futbolçular klubun satış piştaxasına çıxarılıblar və hər birinin gerçək müştərisi var: Neymar “Barselona”ya qayıtmaq, Mbappe isə “Real”a keçmək arzusundadır. Verratti isə Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının, “Bayern”in və “Barselona”nın hədəfindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: