Fransa çempionu PSJ Kilian Mbappenin əvəzində Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Antuan Qrizmanı transfer edə bilər.
Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, parislilər yay transfer pəncərəsində Kilian Mbappeni satsalar, o halda onun əvəzinə Antuan Qrizmanı transfer edə bilərlər. Bununla yanaşı qeyd edilir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Qrizmandan ayrılmaq istəmir. Futbolçunun özü də Madrid klubunda qalmaq istəyindədir.
Vurğulayaq ki, Qrizmanın transfer hüquqları “Barselona”ya məxsusdur. Hazırda futbolçu icarə əsasında Madrid “Atletiko”sunda çıxış edir.
Antuan Qrizmann 2022/2023 mövsümündə “Atletiko”nun heyətində 48 oyuna çıxıb, 16 qol vurub, 19 məhsuldar ötürmə edib, komandası ilə La Liqanın “bürünc”ünü qazanıb.
Xatırladaq ki, daha əvvəl Mbappenin PSJ ilə müqaviləsini heç bir halda 2025-ci ilə qədər uzatmayacağı haqda kluba rəsmi məktub göndərdiyi bildirilib ki, bu, gələn mövsümün sonunda Mbappenin azad agent olması deməkdir. Bu səbəbdən PSJ yay transfer pəncərəsində Mbappeni satmaq gerçəyi ilə üzləşib.


