PSJ Xuan Bernatla yeni müqavilə bağladı

Fransanın PSJ klubu ispan müdafiəçisi Xuan Bernatla müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin iyununa qədər davam edəcək yeni müqavilə imzalanıb. İspaniya yığmasının da üzvü olan müdafiəçinin əvvəlki anlaşmasının müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Xuan Bernat 2018-ci ildən PSJ-də çıxış edir. Müdafiənin sol cinahında oynayan futbolçu bu komandanın heyətində indiyə qədər 76 oyuna çıxıb, 6 qol vurub, 10 məhsuldar ötürməyə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: