“Puşkas Akademiya” – “Qəbələ” matçının hakimləri bəlli oldu

UEFA Gənclər Liqasının 1-ci mərhələsinin “Puşkas Akademiya” – “Qəbələ” matçının hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, təmsilçimizin Şimali Makedoniya klubu ilə cavab görüşü Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

Belə ki, matçın baş hakimi Məhəmməd Usman Aslam olacaq. Ona yan xətt hakimləri Tom Harald Qronevik və Yorgen Ronninq Valstadsve kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə macarıstanlı Marton Rus yerinə yetirəcək.

Xatırladaq ki, oktyabrın 25-də Şimali Makedoniyada təşkil olunacaq “Puşkaş Akademiya” – “Qəbələ” qarşılaşmasına saat 18:00-da start veriləcək. Tərəflər arasında Qəbələdə keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Onu da qeyd edək ki, bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəllidir. “Qəbələ” mərhələ adlasa, “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq. “Qəbələ” – “Puşkaş Akademiya” cütünün qalibi ilk matçını evdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: