Pyaniç: “Ronaldo ilə bağlı baş verənləri izləmək üzücüdür”

“Yuventus”un sabiq futbolçusu Miralem Pyaniç Kristiano Ronaldo ilə millinin baş məşqçisi Jorje Jezuş arasındakı qalmaqala münasibət bildirib.

Arena.az xəbər verir ki, bosniyalı futbolçu bu barədə “A Bola”ya açıqlamasında danışıb.

Xatırladaq ki, 41 yaşlı Ronaldo sentyabrın 27-də UEFA Millətlər Liqasında Norveçlə keçirilən oyunda (2:1) ehtiyatda saxlanıldıqdan sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Daha sonra mətbuatda ulduz futbolçunun milli komandadakı çıxışını başa çatdırmaq qərarına gəldiyi barədə məlumatlar yayılıb.

“Futbolu sevən hamımız üçün baş verənləri izləmək bir qədər üzücüdür. Nə məşqçini, nə də futbolçunu günahlandırmaq olar. Əlbəttə, mən Kriştianonu tanıyıram. O, çox güclü rəqabət ruhuna malik insandır. O, yaşını düşünmür, yalnız özünü necə hiss etdiyinə fikir verir. Həmişə istənilən anda oynamağa hazır futbolçu olduğunu düşünür”, – deyə Pyaniç bildirib.

Bosniyalı yarımmüdafiəçi Portuqaliya millisinin məşqçilər korpusunun mövqeyinə hörmətlə yanaşmağa çağırıb və Ronaldonun beynəlxalq karyerasını layiqli şəkildə başa vuracağına ümid etdiyini söyləyib:

“Bəlkə də məşqçi fərqli düşünür və biz buna hörmət etməliyik. Birinin, yaxud digərinin günahkar olduğunu deməzdim. Hamımız ümid edir və arzulayırıq ki, Krislə bütün zamanların ən yaxşı futbolçularından biri kimi layiq olduğu şəkildə vidalaşsınlar. Buna görə də ümid edirəm ki, çıxış yolu tapılacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: