Futbol üzrə İtaliya yığmasının və “Atalanta”nın qapıçısı Pyerluici Qollini daha bir il “Napoli”də icarə əsasında forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Neapol klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, klub Qollinini satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. 28 yaşlı qolkiperin bir mövsümlük icarəsi üçün 600 min avro ödəyəcək “Napoli”, 2024-cü ilin yayında 4,5 milyon avro da verməklə onun transfer hüquqlarını almalıdır.
Xatırladaq ki, “Napoli” Qollinini bu ilin yanvarında icarə əsasında heyətinə qatmışdı. O, ötən mövsüm Neapol klubunun heyətində 4 oyuna çıxıb, 4 qol buraxıb, 2 “quru” matç keçirib.
Pyerluici Qollini 2017-ci ilin yanvar ayından “Atalanta”da çıxış edirdi. İtaliyalı qapıçı bu komandanın heyətində 112 oyuna çıxıb. İtaliya millisində də 1 oyun keçirmiş qapıçı, əvvəllər “Verona”, “Fiorentina” və “Aston Villa”nın formasını geyinib. 27 yaşlı qolkiper İngiltərənin “Tottenhem” klubunda da icarədə olub.


