“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin ikinci mərhələsində Yunanıstanın “Olimpiakos” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparıb.
Azərbaycan futbolu tarixində ikinci dəfə bu raundda mübarizə aparan “Qəbələ” bu rəqibi ilə doğma stadionda keçirdiyi oyunda 0:3 hesablı məğlubiyyətə üzülmüşdü. Səfərdəki matçın da çətin keçəcəyi şübhə doğurmurdu. Belə də olub. 4 cavabsız qola üzülən təmsilçimiz bu turnirdə mübarizəni dayandırmalı olub.
Xatırladaq ki, Azərbaycn təmsilçisi UEFA Gənclər Liqasının birinci mərhələsində “Puşkaş Akademiya”sını (Şimali Makedoniya) mübarizədən kənarlaşdırmışdı – 1:1, 1:0.
UEFA Gənclər Liqası
Çempionlar yolu, 2-ci mərhələnin cavab oyunu
29 noyabr
“Olimpiakos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) 4:0
Qollar: Xristos Muzakitis, 15; 71-pen. Xristos Qatopulos, 56. Atanasios Koutsoqulas, 90+4-pen.
Baş hakim: Ceymi Robinson.
Baş hakimin köməkçiləri Adam Ceffri, Endryu Neteri (hamısı Şimali İrlandiya).
Pirey. Georgios Karaiskakis stadionu.
İlk oyun – 3:0.


