“Qəbələ” UEFA Gənclər Liqası üçün 20 futbolçu sifariş etdi

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Çempionlar yolunun 1-ci mərhələsinin oyunları üçün iştirak ərizəsi açıqlanıb.

Arena.az xəbər verir ki, təmsilçimiz bu mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubunun müvafiq yaş qrupundan olan komandası ilə qarşılaşacaq.

Azərbaycan komandasının məşqçilər korpusu UEFA-ya təqdim olunmuş iştirak ərizəsində 20 futbolçunun adını qeyd edib. Heyətdə bu oyunçuların adları yer alıb:

  1. Məmməd Muradov
  2. Həbib Hüşənov
  3. Nuğay Rəşidov
  4. Fuad Əhmədov
  5. İbrahim Ramazanov
  6. Ravil Qafarov
  7. Eşqin Əhmədov
  8. Okan Təhməzli
  9. Sənan Ağalarov
  10. Şahin Şahniyarov
  11. Kənan Baxışov
  12. Xəyyam Məmmədli
  13. Rüfət Bədəlzadə
  14. Qədir Ramazanov
  15. Rəvan Əsədov
  16. Cuma Hüseynov
  17. İlkin Budaqov
  18. Elnur Mustafayev
  19. Ceyhun Bağırzadə
  20. İslam Abdüləzizov.

Xatırladaq ki, “Qəbələ” ilə “Puşkaş Akademiya” arasında ilk oyun sabah – oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək. Oyuna saat 16:00-da start veriləcək. Qəbələdəki görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sayat Karabayev olacaq. Ona yan xətt hakimləri Timur Tursumbayev və Yevgeni Karlov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı hakim Tural Qurbanov yerinə yetirəcək.

Bu iki komanda arasındakı cavab görüşü oktyabrın 25-də Macarıstanda baş tutacaq.

Onu da qeyd edək ki, bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəllidir. “Qəbələ” mərhələ adlasa, “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq. “Qəbələ” – “Puşkaş Akademiya” cütünün qalibi ilk matçımı evdə keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: