“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli qabırğası sındığı üçün İtaliya yığmasının düşərgəsindən kluba geri dönməli olub.
Arena.az bu barədə “Yuventus”un mətbuat xidmətinə istinadən məlumat verir:
“Milli komandada aparılmış yoxlamalarda qabırğasının bir qədər yerdəyişməsi aşkar edildikdən sonra Lokatelli İtaliya millisindən uzaqlaşdırılıb. O, bir neçə gün Turində müalicə alacaq, sonra vəziyyətinə uyğun olaraq sıraya qayıdacaq” – “qoca sinyora”nın rəsmi bəyanatında deyilir.
“Yuventus” Lokatellini 2023-cü ilin iyulunda 30 milyon avro qarşılığında 2 illik – 2021-ci ilin avqustundan 2023-cü ilin iyununa qədər “Sassuolo”dan icarəyə götürmüşdü. Ötən həftə Lokatelli “Yuventus”la müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq yeni müqavilə imzalayıb.
Cari mövsümdə Lokatelli “Yuventus”un heyətində 12 oyuna çıxıb, 1 qol, eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Lokatellinin “Qoca sinyoranın” heyətində ümumi statistikası isə belərdir: 104 oyun, 4 qol, 8 məhsudlar ötürmə.
Manuel Lokatelli 2020-ci ilin sentyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 26 oyuna 3 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib. Manuel “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı Manuel Lokatellini 30 milyon avro məbləğində qiymətləndirir.