İspaniyanın qadınlardan ibarət yığması zərif cinsin nümayəndələri arasında ilk UEFA Millətlər Liqasının qalibi olub.
Arena.az məlumat verir ki, İspaniya yığması yarışın final oyununda Fransa kollektivini 2:0 hesabı ilə məğlub edərək, 2024 UEFA Millətlər Liqasını qazanıb.
Final oyunu “Sevilya”nın “Olimpiya” stadionunda keçirilib. Oyunu İsveç təmsilçisi Tess Olofssonun başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Oyunun 29-cu dəqiqəsində Aytana Bonmati Olqa Karmonanın ötürməsini qola çevirib. 53-cü dəqiqədə isə Mariona Kaltendey fərqlənib – 2:0.
Beləliklə, İspaniya yığması tarixdə ilk dəfə keçirilmiş müvafiq yarışın ilk qalibi kimi adını tarixə yazıb.
Xatırladaq ki, yarımfinal mərhələsində ispanlar Niderland yığmasını (3:0), Fransa kollektivi isə Almaniya yığmasını (2:1) məğlub etmişdilər.
3-cü yer uğrunda keçirilmiş oyunda qadınlardan ibarət bundestim Niderland yığmasını 2:0 hesabı ilə məğlub edərək, bürünc medallara sahib olub.



