Türkiyə çempionu “Qalatasaray” hazırda azad agent qismində işsiz olan ispan mərkəz müdafiəçisi Serxio Ramosa müqavilə təklif edib.
Arena.az bu barədə “Fanatik”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Türkiyə nəhənginin təklifi mövsümə 5,5 milyon avro maaşla 2 illik müqaviləni ehtiva edir. Serxio Ramosun artıq “Qalatasaray”la bağlı daha çox məlumat əldə etmək məqsədilə istanbullu dostlarına zəng açdığı deyilir.
Xatırladaq ki, əvvəllər Serxio Ramosun transferində maraqlı olan Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ispan müdafiəçinin namizədliyindən imtina edib.
Serxio Ramos bu yay PSJ-dən ayrıldıqdan sonra azad agentdir.
Geridə qalmış 2022/2023 mövsümündə Serxio Ramos PSJ-nin heyətində 45 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı 37 yaşlı Serxio Ramosu 4,50 milyon avro məbləğində qiymətləndirir.


