“Qalatasaray” üçün Çempionlar Liqasında Mançester sınağı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 2-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupları üzrə 8 qarşılaşma baş tutacaq.

Türkiyə çempionu “Qalatasaray” İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. Qrupun digər oyununda “Bayern” səfərdə “Kopenhagen”lə münasibətlərinə aydınlıq gətirəcək.

B qrupunda “Lans” “Arsenal”ı, PSV isə “Sevilya”nı qəbul edəcək.

Günün diqqətçəkən matçlarından birində “Napoli” ilə “Real” üz-üzə gələcəklər. C qrupunun digər matçı “Union Berlin”lə “Braqa” arasında baş tutacaq.

D qrupunda isə “Zalsburq” – “Real Sosyedad” və “İnter” – “Benfika” görüşləri keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun qalan görüşləri sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
3 oktyabr

A qrupu

23:00. “Kopenhagen” (Danimarka) – “Bayern” (Almaniya)
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə)

B qrupu

23:00. “Lans” (Fransa) – “Arsenal” (İngiltərə)
23:00. PSV (Niderland) – “Sevilya” (İspaniya)

C qrupu

20:45. “Union Berlin” (Almaniya) – “Braqa” (Portuqaliya)
23:00. “Napoli” (İtaliya) – “Real” (İspaniya)

D qrupu

20:45. “Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya)
23:00. “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya)