Qalen Smit Azərbaycan klubunda – Rəsmi

Amerikalı mərkəz hücumçusu Qalen Smit bundan sonra Azərbaycan Basketbol Liqasında mübarizə aparan “NTD-İndiqo”da forma geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Xaçmaz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı oyunçu mövsümün sonuna kimi Azərbaycan Basketbol Liqasında çıxış edəcək. Son komandası Gürcüstanın “Kavkasia” klubu olmuş Qalen Smit ilə yarım illik müqavilə imzalanıb.

Əvəzində ilk dövrəni “NTD-İndiqo”da keçirən Brendon Votkins komandanı tərk edib.

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında 9 turdan sonra 17 xal toplamış “NTD-İndiqo” “Sabah”la ilk iki yeri bölüşdürür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: