Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Neftçi”də yarımmüdafiəçi Qara Qarayev sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, növbəti oyuna hazırlığı davam etdirən komandanın heyətində zədəli futbolçular var. Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, mikro zədəsi olan Qara Qarayev də fərdi məşğul olur.
“Qəbələ” ilə matçda ötən turda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Yuri Matias da iştirak etməyəcək.
Əvəzində, Eddi İsrafilov və Andre Şinyaşiki artıq komanda ilə məşqləri bərpa ediblər. Onların qarşıdakı oyunda iştirakı gözlənilir.
Xatırladaq ki, noyabrın 5-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyununa saat 16:00-da start veriləcək.


