“Qarabağ” – “Araz-Naxçıvan” matçı 3 manata

Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri bu gün satışa çıxarılacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu oyunun biletləri saat 12:00-dan etibarən satışda olacaq. Qiymətlər sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Açıqlamada o da qeyd edilir ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunu aprelin 23-də keçiriləcək. Qarşılaşmaya saat 17:00-da start veriləcək.

Bu komandalar arasındakı ilk oyunda “Araz-Naxçıvan” 1:0 hesablı qələbəyə sevinib.