“Qarabağ” Azərbaycanın qazancını 2,125 əmsala çatdırdı

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü raundunda “Şkendiya” üzərində qələbəsi Azərbaycanın UEFA reytinqində əmsalını artırıb.

Arena.az xəbər verir ki, Bakıdakı qarşılaşmada əldə edilən 5:1 hesablı qalibiyyət sayəsində ölkəmizin aktivinə daha 0,250 əmsal yazılıb.

Cari mövsümkü qazancını 2,125 əmsala çatdıran Azərbaycan son 5 mövsümdə topladığı 19,250 əmsalla 28-ci pillədəki mövqeyini möhkəmlədib. 27-ci sıradakı Ukraynadan cəmi 0,350 əmsal geri qalırıq.

Xatırladaq ki, bu həftə Azərbaycan təmsilçilərindən “Sabah”la “Araz-Naxçıvan” da Avropa Konfrans Liqasında növbəti sınaqlarına çıxacaqlar.

Reytinq cədvəlinə İngiltərə (94,839) başçılıq edir. İtaliya (84,374) ikinci, İspaniya (78,703) üçüncü, Almaniya (74,545) dördüncü, Fransa isə (67,748) beşincidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: