“Qarabağ” dünya reytinqində 81-ci sırada! – “Neftçi” 28 pillə gerilədi

“Qarabağ”, “Zirə”, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “Sumqayıt” və “Araz-Naxçıvan” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün klubların dünya reytinqi açıqlanıb.

İFFHS-in açıqladığı cədvəldə planetin 701 ən yaxşı komandası yer alıb. 2024-cü ilin yekunlarına əsasən, tərtib olunan siyahıda Azərbaycanı 7 klub təmsil edib.

“Qarabağ” 168,75 xalla dünyada 81-cidir. Ağdam klubu ötən ayla müqayisədə 14 pillə geriləyib.

99,5 xalla 208-ci olan “Zirə” 11 pillə irəliləyib.

9 pillə önə keçən “Sabah” 62,25 xalla 400-cüdür.

“Turan Tovuz” 53,75 xalla 2 addımlıq irəliləyişlə 494-cü yerdədir.

“Neftçi” 28 pillə geriləyərək 50 xalla 537-ci sıraya düşüb.

6 pillə irəliləyən “Sumqayıt” 48 xalla 567-cidir.

“Araz-Naxçıvan” 18 pillə geriləyib və 43,75 xalla 648-cidir.

Dünya reytinqində yer alan Azərbaycan komandalarının Avropadakı mövqeləri də bəlli olub. Cədvəldə yer alan planetin 701 ən yaxşı klubundan 393-ü Avropanı təmsil edir.

Onlardan da 7-si Azərbaycan komandasıdır. Avropa klubları arasında 55-ci olan “Qarabağ” 168,75 xala malikdir. 99,5 xalı olan “Zirə” 125-cidir.

“Sabah” 62,25 xalla 227-ci, “Turan Tovuz” 53,75 xalla 283-cü sıradadır.

“Neftçi” 50 xalla 308-ci, “Sumqayıt” 48 xalla 330-cü, “Araz-Naxçıvan” 43,75 xalla 371-cidir.

Qeyd edək ki, cədvələ 441 xalla “Real” (Madrid, İspaniya) başçılıq edir. Almaniya çempionu “Bayer” (384) ikinci, İtaliyanın “Atalanta” komandası (380) üçüncüdür.

İlk onluqda qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. Real (İspaniya) – 441
  2. Bayer (Almaniya) – 384
  3. Atalanta (İtaliya) – 380
  4. Liverpul (İngiltərə) – 345
  5. Botafoqo (Braziliya) – 339
  6. Mançester Siti (İngiltərə) – 327
  7. Barselona (İspaniya) – 324
  8. Flamenqo (Braziliya) – 308
  9. Atletiko (İspaniya) – 304
  10. Borussiya (Dortmund, Almaniya) – 298
Xəbəri sosial şəbəkələrdə paylaş: