“Qarabağ” irəlilədi, “Sabah” və “Neftçi” gerilədi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın, eləcə də “Neftçi” və “Sabah”ın dünya reytinqindəki yerləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

414 komandanın yer aldığı siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” yenə irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 61-ci yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “Ayaks” (Niderland), “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (Madrid, İspaniya) və “Olimpik” (Marsel, Fransa) kimi klublar da var.

“Sabah” və “Neftçi” isə əksinə, geriləyiblər. Murad Musayevin yetirmələri 286-cı yerdən 302-ci pilləyə düşüblər. Bakılılar 63,5 xala malikdirlər. Hesabında 61,75 xal olan “Neftçi” isə 311-ci yeri 318-ci pilləyə dəyişib.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (304 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 291 xalla ikincidirsə, İtaliya “İnter”i (254) üçüncü yerə yüksəlib.

Sıralamada ilk 20 pillədə qərarlaşmış komandaların siyahısı belədir:

  1. Mançester Siti (İngiltərə) – 304
  2. Real (İspaniya) – 291
  3. İnter (İtaliya) – 254
  4. Portu (Portuqaliya) – 249
  5. Əl-Əhli (Misir) – 248,5
  6. Flamenqo (Braziliya) – 234
  7. Mançester Yunayted (İngiltərə) – 214
  8. Palmeyras (Braziliya) – 213
  9. Fiorentina (İtaliya) – 211,5
  10. Napoli (İtaliya) – 211
  11. Leypsiq (Almaniya) – 211
  12. PSV (Niderland) – 210,5
  13. Fortaleza (Braziliya) – 207
  14. Bayern (Almaniya) – 203
  15. San Paulo (Braziliya) – 200
  16. Benfika (Portuqaliya) – 197
  17. Fənərbaxça (Türkiyə) – 196,5
  18. Yuventus (İtaliya) – 194
  19. Roma (İtaliya) – 192,5
  20. Arsenal (İngiltərə) – 190
Xəbəri sosial şəbəkələrdə paylaş: