“Qarabağ” – “Ludoroqerts”: Öncə Qurbanov, sonra Dermenciyev

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Ludoroqerts” matçından öncə mətbuat konfransı və açıq məşqlər olacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Bolqarıstan çempionu “Ludoqorets” arasında baş tutacaq cavab matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 5-də “Azersun Arena”da baş tutacaq. Tədbir saat 17:45-də başlayacaq. Saat 18:15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi saat 20:00-da, baş məşqçi Georgi Dermenciyevin mətbuat konfransı isə 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Ludoqorets” görüşünə saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə bir həftə sonra Bolqarıstanda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: