“Qarabağ” pley-offa vəsiqə uğrunda “Ludoqorets”lə qarşılaşacaq

Azərbaycan çempionu “Qarabağ”ın futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti raundda Bolqarıstan çempionu “Ludoqorets”lə üz-üzə gələcək.

Bolqarıstan təmsilçisi 2-ci mərhələnin cavab görüşündə Minsk “Dinamo”sunun qonağı olub. “Ludoqorets” Belarusda 0:1 hesabı ilə uduzsa da, ilk oyunda 2:0 hesablı qələbə qazandığı üçün mərhələ adlayıb.

“Qarabağ”la “Ludoqorets” arasında ilk görüş avqustun 6-da Bakıda keçiriləcək. Cavab qarşılaşması isə avqustun 13-də Bolqarıstanda olacaq.

Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun yetirmələri bu rəqibə səfərdə 2:0, evdə isə 5:0 hesabıyla qalib gəliblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: