“Qarabağ” “Şkendiya”ya səfərdə qalib gəldi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşıb.

Azərbaycan və Şimali Makedoniya çempionları arasındakı ilk görüş Skopye şəhərində baş tutub. “Todor Proeski” stadionunda keçirilmiş qarşılaşmanı Slovakiyadan olan hakimlər idarə ediblər. Matçın baş hakimi İvan Kruzlyak olub.

Qurban Qurbanovun çalışdırdığı kollektiv yeni avrokubok mövsümünə uğurlu startın davamını gətirməyə çalışıb. Ağdam klubu ÇL-in 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasını hər iki oyunda məğlub etmişdi. “Şkendiya” da böyük sürprizə imza ataraq Rumıniya nəhəngi “Styaua”ya həm evdə, həm də səfərdə qalib gəlmişdi.

Skopyedəki görüş Azərbaycan çempionu üçün uğurlu alınıb. Təmsilçimiz səfərdə minimal hesabla qələbə qazanaraq cüzi də olsa, üstünlük əldə edib.

Qeyd edək ki, “Qarabağ”la “Şkendiya” arasındakı cavab görüşü gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşə saat 20:00-da start veriləcək. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Onu da xatırladaq ki, “Qarabağ” “Şkendiya” səddini keçsə, növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların məğlubu da Avropa Liqasında eyni cütün uduzanı ilə üz-üzə qarşılaşacaqlar.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
5 avqust

“Şkendiya” – “Qarabağ” 0:1
Qol: Toral Bayramov, 18-pen.
Baş hakim: İvan Kruzlyak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
VAR: Mixal Oçenaş
AVAR: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)
Skopye. “Todor Proeski” stadionu. Saat 22:00.

Şkendiya: 24. Babukar Qaye, 2. Aleksander Trumçi, 4. Reşat Ramadani, 5. Klisman Keyk, 6. Alhassan Adamu, 7. Besart İbraimi (k), 10. Endrit Krasniqi, 11. Ronaldo Uebster, 15. İmran Fetai, 29. Fabris Tamba, 77. Liridon Latifi.
Ehtiyat oyunçular: 25. Astrit Amzai, 30. Ferat Ramani, 8. Florent Ramadani, 9. Fiton Ademi, 16. Mevlan Murati, 17. Arbin Zeynullai, 19. Vane Krstevski, 22. Numan Ayetovik, 26. Anes Meliqi, 27. Lorik Kaba, 28. Kamer Qaka, 38. Amir Nuhiya.
Baş məşqçi: Jeton Beqiri.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 27. Toral Bayramov, 35. Pedro Bikalyo, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Semi Mmaee, 6. Kris Kuaku, 8. Marko Yankoviç, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: