“Qarabağ” üçün 20-ci darmadağın

“Qarabağ” Azərbaycan kubokunda ev oyunlarında 20-ci böyükhesablı qələbəsini qazanıb. Arena.az xəbər verir ki, bu, yarımfinalın “Qəbələ” ilə cavab matçına təsadüf edib.

5:0 hesabı ilə qalib gələn Ağdam klubu tarixinin yubiley qələbəsini rəsmiləşdirib.

Ölkə kubokunda 1993-cü ildə debüt edən “Qarabağ” evdə ilk böyükhesablı qələbəsini də həmin mövsümdə qazanıb. Ağdam təmsilçisi 1/16 finalda “Şəmkir”i də 5 cavabsız qolla üstələyib.

Qeyd edək ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv kubokda qazanılan böyükhesablı ev qələbələrinə görə rekordçudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: