Azərbaycanın “Qarabağ” və “Sabah” klubları Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) reytinqində irəliləyiblər.
Arena.az xəbər verir ki, İFFHS bu gün dünyanın ən güclü futbol klublarının reytinq siyahısını açıqlayıb.
405 komandanın yer aldığı siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb. Ötən ay 79-cu pillədə qərarlaşan “Qarabağ” ciddi irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 64-cü yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Olimpik” (Marsel, Fransa) kimi klublar da var.
“Sabah” daha böyük sıçrayışla diqqət çəkib. Murad Musayevin yetirmələri 51 pillə irəliləyərək, 286-cı yerdə qərarlaşıblar. Bakılılar 64,5 xala malikdirlər.
Əvəzində “Neftçi”də geriləmə müşahidə edilib. Hesabında 62,75 xal olan “ağ-qaralar” 298-ci yeri 311-ci pilləyə dəyişiblər.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (312 xal) başçılıq edir. İspaniya klubu “Real” 301 xalla ikinci, Braziliya təmsilçisi “Flamenqo” isə 268 xalla üçüncü sıradadır.
Reytinq cədvəlinin ilk 20 pilləsində qərarlaşmış komandalar bunlardır:
- Mançester Siti (İngiltərə) – 312 xal
- Real (İspaniya) – 301
- Flamenqo (Braziliya) – 268
- İnter (İtaliya) – 249
- Portu (Portuqaliya) – 239
- Əl-Əhli (Misir) – 236,5
- Mançester Yunayted (İngiltərə) – 230
- Napoli (İtaliya) – 225 xal
- Benfika (Portuqaliya) – 221
- Palmeyras (Braziliya) – 221
- Bayern (Almaniya) – 213
- PSV (Niderland) – 204,5
- San Paulo (Braziliya) – 203
- Fiorentina (Braziliya) – 203
- Yunion (Belçika) – 202,5
- Fənərbaxma (Türkiyə) – 199,5
- Sportinq (Portuqaliya) – 191
- Fortaleza (Braziliya) – 191
- Roma (İtaliya) – 190,5
- Botafoqo (Braziliya) – 190


