Qardaşı Daniel Alvesin intiharı haqda xəbəri cavabladı

Braziliya millisinin sabiq müdafiəçisi Daniel Alvesin qardaşı Ney Alves qardaşının intihar etməsi haqda yayılmış məlumatı cavablayıb.

Arena.az xatırladaq ki, daha əvvəl Braziliya mətbuatında jurnalist Paulo Albukerke Daniel Alvesin intihar etməsi haqda məlumat yaymış, bu xəbərə “BBO Sports” dərgisi istinad etmişdi.

Braziliyanın nəhəng mətbuat orqanları isə şərh vermədən susmağa üstünlük vermişdilər və bu mənzərədə qardaşı dilə gələrək, Daniel Alvesin intiharı haqda yayılmış məlumatı təkzib edib:

“Qoy tanrı insanların bütün bu qəddarlığını dəf edib dözəməyə sənə çoxlu sağlamlıq və müdriklik versin, qardaşım mənim. Qoy tanrı canına və ailəmizə rəhm etsin.

İnsanlarda nə qədər qəddarlıq var, nə qədər zülm var. Mənim qardaşımı kişilərin tualtinə girib yalnız ikisinin bildiyi bir şeyi etmiş qadının sözlərinə görə mühakimə etdilər. Siz bir insanı artıq mühakimə etmisiniz, məgər bu, kifayət deyilmi? O, artıq məhkum edilib. O, həbsdədir. İndi onun ölməsini istəyirsiniz”, deyə Ney Alves özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Xatırladaq ki, bir müddət əvvəl Daniel Alves zorlama işində təqsirli bilinərək, 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Alves həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.

Dani Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı. Məlum olduğu kimi, ötənlərin məşhur futbolçusunun cəzasını çəkir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: