Qari Nevill: “Bu “Arsenal”ı bəyənirəm”

İngiltərə yığmasının sabiq müdafiəçisi Qari Nevill “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə müqavilə müddətini uzatmasını şərh edib.

Arena.az xatırladır ki, tərəflər əməkdaşlığı 2027-ci ilin yayına qədər müddətə uzadıblar.

“Arteta yeni üç illik müqaviləni bir məqsədlə bağladı – Premyer Liqa çempionluğunu qazanmaq. Bunu təkcə o deyil, həm də futbolçular, azarkeşlər, idarə heyəti gözləyirlər. Bu nəyəsə gətirib çıxarmalıdır. Onların tərəqqisi boyunlarında çempionluq medalı ilə başa çatmalıdır”, deyə Nevill vurğulayıb.

“Mançester Yunayted”in sabiq üzvü “Arsenal”ını Premyer Liqanın 4-cü turu çərçivəsində “Tottenhem”ə qarşı keçirdiyi oyundan (1:0) da danışıb:

“Biz son 10-12 ildə “Arsenal”ın özünü buraxdığı, sadəlövh olduğu və qollar yediyi vaxtları çox tənqid etmişik. İndi biz bunun tam əksini görürük. Bu “Arsenal”ı bəyənirəm. Onlar həqiqətən yaxşı komandadır, həqiqətən də yaxşı oyun səviyyəsinə malikdirlər. Bu gün onlar haqqında mənfi bir xüsus dilə gətirə bilmərəm.
Mən “Tottenhem”i də çox sərt tənqid etmək fikrində deyiləm, çünki düzünü desəm, bu gün “Arsenal” komandasını sındırmağın onlar üçün çətin olduğunu düşünürəm. Bu, həqiqətən də yaxşı gün idi: diqqət, köklənmə, nizam-intizam vardı, hər kəs öz işini gördü”, deyə Qari Nevill bildirib.

Yeri gəlmişkən, “Arsenal”ın baş məşqçisi Mikel Arteta “Tottenhem”lə oyunda (1:0) “topçular”ın braziliyalı mərkəz müdafiəçisi Qabriel Maqalyansın əməyini yüksək qiymətləndirib. Bu oyunda qələbə qolunu burmuş braziliyalı futbolçu haqda ispan mütəxəssisin fikrini təqdim edirik:

“Qabriel açıq surətdə bunun nə demək olduğunu bilir, bu oyunlarla isə tarixə düşəcək. O, parlaq idi. Bir mərkəz müdafiəçisi əvvəlcə öz rolunu icra etdiyi kimi yerinə yetirir və sonra da oyunlarda qalib gəlmək üçün qollar vurursa, o zaman xüsusi bir xüsus haqqında söhbət açmaq gərəkdir”, deyə Arteta razılıqla bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: