Qari Nevill İngiltərə Premyer Liqasını sərt tənqid etdi

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill İngiltərə Premyer Liqasında tətbiq edilən maliyyə sanksiyaları haqda danışıb.

Arena.az xəbər verir ki, o, “Everton”un maliyyə feyr-pleyi qaydalarını pozması səbəbi ilə 10 xalından məhrum edilməsini əsas götürərək, müvafiq tədbirlərə qarşı tənqidi mövqeyini ortaya qoyub:

“Everton”un Premyer Liqaya olan etimadı, onların inamı tamamilə itdi. Tamah və eqoizm öz nəzarət hüdudlarından çıxıb, bu, qanunsuzluqdur. Premyer Liqa mövcud olmayan təşkilatdır, zira burada öz maraqları dairəsində səs verən 20 klub var. Bu hal artıq uzun illərdir ki, baş verir.

Super Liqa klubları bütün Avropa futbolunu məhv etməyə çalışdılar – onları ümumilikdə 25 milyon avro, hər komandaya 3,5 milyon avro məbləğində cərimələdilər. Bu isə onların nə etməyə – oyunumuzu öldürməyə çalışdıqlarını nəzərə alsaq, tamamilə ayıb və qalmaqaldır. Bu, o demək deyil ki, Premyer Liqa inanılmaz ola bilməz, bu o deməkdir ki, bizim gördüyümüz manevrlər – mən maliyyə manevrlərindən, hakimiyyət dəyişikliyindən və siyasi oyunlardan danışıram – oyunda baş verənlər, təhlükəlidir. Bir çox klubların iştirakı ilə beynəlxalq struktur yaratmağa çalışmaq bir yana, özləri də hər şeyə nəzarət edə bilmirlər.

Bu, heç vaxt olmayacaq, belə şeylərə qadir deyillər. Premyer Liqadakı insanların bu cür əməliyyatları həyata keçirmək üçün tələb olunan bacarıqları yoxdur, sadəcə əsaslara qayıtmalıyıq. Gerçək vaxt rejimində klubların maliyyə monitorinqi klubların hər il nə qədər pul itirə biləcəyini, nə qədər sərmayə qoya biləcəyini müəyyən etməyə imkan verir və buna çox ciddi nəzarət edilməlidir. Sadəcə olaraq bütün dörd İngilis liqasında qaydaları bərabərləşdirin və uyğunsuzluğa görə cəzaları eyni edin, belə ki, hər kəs təqsirkar bilinərsə, zərərin nə olacağını dəqiq bilsin.

Qari Nevill: “Böyük altılıq” – xuliqandır”

Premyer Liqada idarəçilik baxımından nəsə pozulub, artıq neçə illərdir nəsə pozulub. Superliqadan sonra onların yüksək səviyyəli klubları necə tapdalamadıqları isə ağlasığmazdır.

Qəzəblənərdim, əgər “Everton” azarkeşi olsaydım, klubuma etdiklərinin biabırçılıq olduğunu hiss edərdim. Amma digər tərəfdən, “Everton”un özü səhv edib, maliyyə pozuntusuna yol verib, ona görə də cəzalandırılmalıdır. “Everton” indi günah keçisidir, baxmayaraq ki, gerçəkdə hələ də daha sərt Premyer Liqa mövcud deyil, çünki “Böyük altılıq” – xuliqandır. Liqa həqiqətən “Mançester Yunayted” və ya “Mançester Siti” ilə belə edərdi?”

Xatırladaq ki, daha əvvəl hesabından 10 xal silinmiş “Everton” hazırda 12 tura əsasən 4 xalla Premyer Liqanın turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan kollektiv, mövsümün qalan hissəsini Premyer Liqanın zirzəmisindən qurtulmaq uğrunda çabalamalı olacaq.
Klub Premyer Liqanın müvafiq qərarından şikayətçi olacağını da rəsmən bəyan edib.

Vurğulayaq ki, hazırda İngiltərə nəhənglərindən “Çelsi” nə “Mançester Siti” maliyyə-feyr pleyi ilə bağlı araşdırma obyektidir. Klubların təqsiri sübuta yetirilərsə, onları nəinki xal və pul cəriməsi, hətta aşağı diviziana atılma, titullarından məhrumetmə və hətta ləğvedilmə cəzası gözləyə bilər. Amma bunun baş verəcəyi gerçək görünmür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: