Qari Nevill: “Premyer Liqa 20 il əvvəlkindən daha cəlbedicidir”

“Mançester Yunayted”in sabiq müdafiəçisi, hazırda “Sky Sports”un mütəxəssisi Qari Nevill İngiltərə Premyer Liqası haqda danışıb.

Arena.az “Sky Skports” dərgisiniə istinadən məlumat verir ki, ingilis mütəxəssis İngiltərə Premyer Liqasının zamanla daha maraqlı yarışa çevrildiyinə əmindir:

“Premyer Liqa komandaları indi bir-biri ilə mübarizə aparır və birinciliyə oynayırlar. 20 il əvvəl çirkin futbol oynayan, rəqibi meydanda sadəcə tutub saxlamağa çalışan çoxlu komandalarımız vardı. İndi liqada demək olar ki, hər bir komanda bir nömrə aldtında oynamağa çalışır, topa sahib olmağı qorumağa, qol vurmağa və oyunlarda qalib gəlməyə çalışır. Hamı öncül düşünür.
10-15 il əvvəl belə deyildi. Bu, oyunun nə qədər uyğunlaşa bildiyini göstərir. Bundan hamımız faydalandıq, çünki bu növ futbol daha cəlbedicidir. Bəli, elə oyunlar var ki, komandalar bir-birinə qol vurmurlar, amma daha çox təhlükəli məqamlar, qollar olan oyunlar görürük. Futbolçular çalışırlar”, deyə Qari Nevill bildirib.

Hazırda İngiltərə Premyer Liqasına 20 turdan sonra 45 xalla “Liverpul” başçılıq edir. “Mançester Siti” 40 xalla 2-ci, “Aston Villa” 42 xalla 3-cü, “Arsenal” 40 xalla 4-cü, “Tottenhem” isə 39 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: