“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının 36-cı turunun “Roma” ilə ev oyununda 2:1 hesablı qələbəni şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, “Atalanta” üçün fantastik nailiyyətdir. Bəli, bir neçə həftə biz “Napoli” və “İnter”lə birlikdə yarış cədvəlinin üst sıralarında olmuşuq, amma düşünürəm ki, bu üçüncü yer də bizim müvəffəq ola bildiyimiz bir mütləq məqamdır.
Təqdirəlayiqdir ki, bizə bunu, yarışın sonuna iki tur qalmış, “Yuventus”, “Milan”, “Latsio”, “Roma”, “Fiorentina” və “Bolonya”nı qabaqlayaraq gerçəkləşdirmək müəyyəssər oldu”, deyə Qasperini fərəhlə vurğulayıb.
Qələbə sayəsində “Atlanta” 36 oyundan topladığı xal ehtiyatını 71-ə çatdırıb və yarış cədvəlinin 3-cü pilləsində qərarlaşaraq, bürünc medalı təmin edib. Berqamo təmsilçisi növbəti mövsümdə ardıcıl 5-ci dəfə Çempionlar Liqasında oynayacaq.
Bəxtsizliyə uğramış “Roma”nın isə 20 oyundan ibarət məğlubiyyətsizlik silsiləsi qırlılıb. “Canavarlar” 63 xalla yarış cədəvlinin 6-cı pilləsinə düşəsələr də, sonuncu turların iki oyununda Çempionlar Liqasına vəsiqə uğrunda döyüşmək imkanını saxlayırlar.


