“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasının 28-ci turunda “Yuventus”la 2:2 hesablı səfər heç-heçəsini şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Əks-hücum etmək və daha bir qol vurmaq imkanlarımız oldu, amma “Yuventus” da bizə çox təzyiq etdi. Məni məyus edən odur ki, birinci dəfə deyil ki, ardıcıl iki qol buraxırıq. “Bolonya” ilə oyunu belə əldən verdik, bu dəfə ən azı xal qazandıq, amma daha diqqətli olmalıyıq”, deyə Qasperini vurğulayıb.
Hazırda “Atalanta” 47 xalla A Seriyasının yarış cədvəlində 6-cı pilləsində qərarlaşıb. “Yuventus” isə 3-cü pilləyə düşüb, “byankoneri”nin 58 xalı var. Yanvarda çempionluq uğrunda mübarizəyə qiyabi iddiaları olan “qoca sinyora” indi Çempionlar Liqası bölgəsindən kənarda qalmağa nəzəri imkanları sahibdir.


