Braziliyaəsilli italiyalı mütəxəssis Tyaqo Mottanın “Yuventus”un sükanı arxasından qovulması İtaliyada birmənalı qarşılanmadı.
Arena.az məlumat verir ki, italyan həmkarları – “İnter”in baş məşqçisi Simone İnzaqi və “Atalanta”nın çalışdırıcısı Can Pyer Qasperini Tyaqo Mottanın hörmətsizcəsinə istefaya göndərilməsini şərh ediblər.
Simone İnzaqi: “O, mənim hörmət bəslədiyim həmkarımdır. Biz dəfələrlə bir-birimizə qarşı oyuna çıxmışıq. Təəssüf ki, bu, baş verdi. Mən ona acıyıram, mən ona həm bir məşqçi və həm də bir insan kimi hörmət bəsləyirəm. Düşünürəm ki, o, tezliklə iş başına qayıdacaq. Çünki o, çox yaxşı mütəxəssisdir”, – “Football Italia” nəşri İnzaqidən sitat gətirir.
Can Pyero Qasperini: “Mən hər bir məşqçi haqda düşünürəm, xüsusilə bəzi çətinliklər yaşayanlar haqda. Bu, baş verdikdə tənqidlər nəinki peşəkar mütəxəssis baxımından, addımbaşı kütləvi informasiya vasitələrinin bizə şəxsi baxımdan damğa vurması ilə nəticələnir. Bu, mənə xoş gəlmir. Bunu deyərkən, mən müəyyənliklə Tyaqo Mottanı nəzərdə tuturam”, – “Tuttomercatoweb” dərgisi Qasperinin, həmkarının hörmətsiz edilməsinə qaşı çıxdığı fikridən sitat gətirir.
Daha əvvəl “La Repubblica” nəşri məlumat yayıb ki, “Yuventus”la son məşqlərində Motta məşqlərə müdaxilə etməyib və “byankoneri”nin oyunçuları ilə ünsiyyət qurmaq istəməyib.
“Yuventus”un adı açıqlanmayan bir neçə futbolçusu nəşrin adı açıqlanmayan jurnalistinə məlumat verib ki, Motta süstlük nümayiş etdirib və yaranmış vəziyyəti dəyişməyə cəhd etməyib:
“Son məşqlərdə, heyətin yarısı beynəlxalq toplanışda olarkən, Motta yad adam kimi gəlirdi. O, kənarada dayanar, heç nə danışmazdı. O, yarışlardan, son nəticədə Çempionlar Liqası uğrunda yürüşdən “uçmasına” rəvac vermiş üsulları dəyişmək niyyəti göstərməz, iflasa aparan qarşısıalınmaz yolla gedərdi. Özünün sarsılmaz sədaqətini gözləməklə, Tyaqo əvəz edilməyi dəyişməkdən üstün tutdu”, – nəşr “Yuventus”un adı açıqlanmayan futbolçularının dilindən bildirib.
Xatırladaq ki, Turin klubu “byankoneri”nin sükanı arxasına xorvat mütəxəsss İqor Tudoru təyin edib. Tudor cari mövsümün – iyun ayının sonuna qədər “Yuventus”u çalışdıraraq, növbəti mövsüm üçün Çempionlar Liqasına çıxarmaq tapşırığı alıb.
Xatırladaq ki, Tyaqo Motta “Yuventus”u 2024-cü ilin iyul ayından çalışdırırdı. 42 yaşlı braziliyaəsilli italiyalı mütəxəssisin Turin klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Bu müddətdə Tyaqo Motta “byankoneri”ni 42 oyuna çıxarıb, 18 qələbə, 16 heç-heçə və 8 məğlubiyyət yaşayıb. “Qoca sinyora”nın top fərqi isə 65:46 nisbətindədir.
Motta “Yuventus”a qədər “Cenoa”, “Spetsiya” və “Bolonoya”nı da çalışdırıb.
Mottadan “miras” qalmış “Yuventus” İtaliya A Seriyasının cari mövsümündə 29 oyuna topladığı 52 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


