“Qaziantep” Juan Fiqeyredonu “Başakşəhər”ə satdı

Türkyədəki dəhşətli zəlzələdən ciddi ziyan görən və Super Liqadan çəkilməyə qərar verən “Qaziantep”də daha bir ayrılıq qeydə alınıb. Arena.az xəbər verir ki, elita təmsilçisinin hücumçusu Juan Fiqeyredo Super Liqanın digər klubu “Başakşəhər”ə transfer olunub.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı forvard yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Başakşəhər” bu transfer üçün qazianteplilərə 650 min avro ödəyib.

Juan Fiqeyredo 2021-ci ilin avqustundan “Qaziantep”də çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 64 oyunda 19 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub. Hücumçu daha öncə “Kauno Jalgiris”, “OFİ Kreta”, “Əl-Vasl” və “Atletiko Mineyro” kimi klubların da formasını geyinib.

Yeri gəlmişkən, “Başakşəhər” hücumameyilli yarımmüdafiəçisi Seku Banquranı da “Gənclərbirliyi”nə icarəyə verib. Qvineyadan olan 20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi 1-ci Liqa klubunda forma geyinəcəyi açıqlanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: