Şimali Makedoniya yığmasının sabiq hücumçusu Qoran Pandev İtaliyanın “Cenoa” klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
38 yaşlı forvardla yeni sözləşmə 2022-ci ilin yayına qədərdir. Əvvəlki müqavilənin müddəti bu yay başa çatmışdı.
Qoran Pandev 2015-ci ildən “Cenoa”nın uğurları üçün çalışır. O, bu komandanın heyətində bütövlükdə 165 matça çıxıb, 32 qola imza atıb.
Təcrübəli futbolçu peşəkar karyerası ərzində “Belaşitsa”, “İnter”, “Spetsiya”, “Ankona”, “Latsio”, “Napoli” və “Qalatasaray”ın da formasını geyinib.
Şimali Makedoniya yığmasında 122 oyuna çıxıb, 38 qola imza atan forvard, bu yay keçirilmiş AÇ-2020-dən sonra milli karyerasını başa vurub.


