“Qranada” antirekorda imza atdı

İspan mütəxəssis Gilyermo Abaskalın çalışdırdığı “Qranada” İspaniya Sequndasında klubun antirekordunu müəyyənləşdirib.

Arena.az məlumat verir ki, sözügedən komanda yeni mövsümün başlanğıcında ardıcıl 2 ev oyununda məğlubiyyət yaşayıb.

Əndəlüs təmsilçisi 1-ci və 3-ci turlarda evdə müvafiq olaraq “Ueska” (1:3) və “Albasete”yə (1:2) məğlub olub. Bu nəticə Sequndada 35-ci mövsmünü keçirən “Qranada” üçün antirekordla əlamətdar olub.

Abaskalın komandasının yeganə qələbəsi 2-ci turda “Rassinq Ferrol”la səfər oyununa təsadüf edir – 1:0.

3 turdan sonra “Qranada” İspaniya Sequndasının yarış cədvəlində 3 xalla 12-ci pillədə qərarlaşıb.