Almaniya nəhənglərindən Dortmund “Borussiya”sı komandanın isveçrəli qapıçısı Qreqor Kobel ilə müqaviləsini yeniləyib.
Arena.az bu barədə “Borussiya”nın rəsmi saytına istinadən məlumat verir.
Tərəflər arasında yeni müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
“Mən çox duyğusal oğlanam, Dortmund – inanılmaz dərəcədə duyğusal futbol şəhəridir və “Siqnal İduna Park” – inanılmaz dərəcədə duyğusal stadiondur. Bir-birimizə çox yaxşı uyğunluğumuz var. Üstəlik, günbəgün mən daha çox hiss edirəm: bizim komandamız hələ son sözünü deməyib! Əgər biz hamımız səylə öz üzərimizdə çalışsaq, bu klubun titullar qazanmaq imkanı var. İnanıram ki, nə vaxtsa biz böyük bir qeyd edə biləcəyik”, – “Borussiya”nın mətbuat xidməti Kobeldən sitat gətirir.
Qreqor Kobel “Borussiya”ya 2021-ci ilin iyulunda 15 milyon avro müqabilində “Ştutqart”dan keçib. Cari mövsümdə Kobel “sarı-qaralar”ın heyətində 9 oyun keçirib, 9 qol “yeyib”, 3 oyundan “quru” qurtulub. İsveçrəli qapıçının “Borussiya”nın heyətində ümumi statistikası isə belədir: 84 oyun, 107 buraxılmış qol, 29 “quru” oyun.
Kobel 2021-ci ilin sentyabrında debüt etdiyi İsveçrə yığmasının heyətində 5 oyun keçirib, 9 qol buraxıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı Qreqor Kobeli 35 milyon avro məbləğində qiymətləndirir.



