Qvardiola: “İşimi sevirəm, amma bəzən dayanmaq lazımdır”

İngiltərənin “Mançester Siti” klubunun sabiq baş məşqçisi Xosep Qvardiola yaxın vaxtlarda məşqçiliyə qayıtmaq niyyətində olmadığını açıqlayıb.

Arena.az xəbər verir ki, ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılmış ispan mütəxəssisin yerinə Entso Mareska təyin olunub.

Qvardiola Premyer Liqa təmsilçisini 2016-cı ilin yayından çalışdırırdı. “Sky Sport” nəşrinə danışan 55 yaşlı çalışdırıcı futbol həyatında fasiləyə ehtiyac duyduğunu bildirib:

“37 yaşımda məşqçilik karyerasına başladım və bütün həyatım futbolla bağlı olub. İndi isə yeni üfüqlər kəşf etmək, başqa işlərlə məşğul olaraq xoşbəxt olmaq istəyirəm. İşimi sevirəm, amma bəzən dayanmaq lazımdır. Ola bilsin ki, bir gün geri qayıtmaq istəyimi hiss edim. Amma hazırda belə bir hissim yoxdur”.

Qeyd edək ki, Xosep Qvardiola məşqçilik karyerası ərzində “Barselona”, “Bayern” və “Mançester Siti” klublarında çalışaraq çoxsaylı milli çempionatlar, kuboklar və UEFA Çempionlar Liqasının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: