Qvardiola “Nyukasl” üzərində qələbəni şərh etdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Kubokunun 1/4 finalında “Nyukasl” üzərində qələbəsini (2:0) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz çox yaxşı oynadıq və topla çox təhlükəsiz idik. Mateo Kovaçiç, Rodri və Bernardo Silva topla əla idilər. Oyun həqiqətən də əla alındı, amma sonu haqqında düşünmək hələ tezdir”, deyə Qvardiola vurğulayıb.

“Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden də “Nyukasl”la oyunun nəticəsini şərh edib:

“Oyuna çox yaxşı nəzarət etdiyimizi düşünürdüm. Biz topa çox sahib idik, hücum üçün isə uyğun məqamı tapmağa çalışırdıq və düşünürəm ki, bunu çox yaxşı bacardıq. Formamdan çox razıyam. Sadəcə üzümdə təbəssümlə oynayıram və ümidvaram ki, bunu davam etdirəcəyəm”, deyə ingilis futbolçu bildirib.

“Mançester Siti”nin digər yarımmüdafiəçisi Jeremi Doku da “şəhərlilər”in inamlı qələbəsinə şərh verib:

“Komandanın oyunundan və özümdən razıyam. Ən yaxşı formamı əldə etməyə çalışıram. Düşünürəm ki, getdikcə yaxşılaşıram. Komanda baş məşqçinin bizdən istədiyini tam yerinə yetirdi və gözəl qollar vurdu”, deyə belçikalı futbolçu bildirib.

“Mançester Siti” qələbə sayəsində İngiltərə Kubokunun yarımfinalına vəsiqə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: